Aparıcı

Aparıcı

Aparıcı - televeziya və ya radio şirkətlərində tamaşaçıları xəbərlər və digər məlumatlar ilə tanış edir. Xəbər və verilişlərin əsas vəzifəsi müəyyən məlumatları geniş ictimaiyyətə çatdırmaq, özünəməxsus baxış bucağı təqdim etməkdir. Əyləncə şouları tamaşaçı yığmaq, onlarda maraq oyatmaq və diqqətlərini cəlb etmək üçündür.

Funksiyalar:

  • Studiya və studiyadankənar proqramların aparılması;
  • Məşqlərin aparılması və verilişlərin yazılması;
  • Verilişlərin müəllifləri və qonaqları ilə iş;
  • Televiziya və radio proqramlarının montajında iştirak etmə.

Zəruri keyfiyyətlər:

  • Aydın diksiya;
  • Səlis nitq;
  • Kamera önündə özünüidarəetmə bacarığı;
  • Stresə dözümlülük;
  • Yaxşı yaddaş; 
  • İmprovizasiya etmə bacarığı;
  • Yaxşı dil bilikləri;
  • Çətin vəziyyətlərdə tez çıxış yolu tapma bacarığı.

Aparıcı olmaq üçün tələblər:

İstiqamət üzrə təhsilin olması

Qrup: III

Təhsil istiqamətləri:

Jurnalistika

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

1. Bakı Dövlət Universiteti

2. Azərbaycan Dillər Universiteti 

3. Bakı Slavyan Universiteti

4. Naxçıvan Dövlət Universiteti