Anestezioloq

Anestezioloq

Anestezioloq-operativ müdaxilələr, şok, ağır travmalar və qəzalar zamanı xəstənin bədəninin bütün funksiyalarını idarə edən, həmçinin pasientləri ağrıkəsmə əməliyyatlarına və ya müalicə-diaqnostik manipulyasiyalara hazırlayan həkimdir.

Funksiyalar:

  • Əməliyyat zamanı xəstəyə narkoz verir;
  • Əməliyyat boyu xəstənin vəziyyətinə nəzarət edir; 
  • Xəstəni narkotik yuxudan çıxarır və postoperatif dövrün ilk saatlarında əhvalı müşahidə edir: nəfəs, qan dövranı, ürəyin ritmi;
  • Anesteziyadan sonra ortaya çıxan ağırlaşmalar müalicə edir;
  • Elmi tədqiqatlarla məşğul olur.

Zəruri keyfiyyətləri:

  • Yüksək məsuliyyət,
  • Empati hissi;
  • Stresli vəziyyətlərdə düşünmək bacarığı;
  • Özünə nəzarət etmə bacarığı;
  • Yüksək diqqətlilik.

Anestezioloq olmaq üçün tələblər:

  • 6 il ümumi tibb təhsilin alınması;
  • 3 il rezidentura təhsilin alınması.

Qrup: IV

Təhsil istiqamətləri:

Tibb

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

1. Azərbaycan Tibb Universiteti

2. Naxçıvan Dövlət Universiteti

3. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı