Androloq

Androloq

Androloq - kişilərin cinsi və reproduktiv funksiyasını korreksiya edən, kişi cinsiyyət sferasının xəstəliklərinin müayinəsini, terapiyasını və profilaktikasını həyata keçirən həkimdir.

Andrologiyada bir sıra dar istiqamətlər mövcuddur:

Uşaq androloqu cinsiyyət orqanlarının anadangəlmə patologiyalarını korreksiya edir, oğlanlarda cinsi yetkinlik və cinsi tərbiyə problemləri ilə məşğul olur.

Androloq-endokrinoloq insanın hormonal məhsuldarlığını nəzarət edən vəzilərin disfunksiyası ilə bağlı məsələlərlə məşğul olur.

Androloq-reproduktoloq gənc ailədə sonsuzluq probleminin müalicəsi ilə məşğul olur. 

Androloq-seksoloq potensiya və erektil disfunksiyanın müalicəsi ilə məşğul olur. 

Androloq-cərrah itirilmiş cinsi funksiyanı operativ şəkildə bərpa edir, kosmetik qüsurları aradan qaldırır, genitaliyanın plastikası, kastrasiya ilə məşğul olur.

Androloq-onkoloq kişi genitoürən sisteminin neoplazmalarını müalicə edir.

Funksiyalar:

  • Xəstəlik haqqında obyektiv informasiyanı almaq; 
  • Aparıcı sindromu aşkar etmək; 
  • Xəstəliyin etiologiyasını aşkar etmək; 
  • Lazım olan əsas və əlavə müayinə üsullarının həcmini təyin etmək;
  • Simptomların dəqiqləşdirilməsi;
  • Diaqnozun qoyulması;
  • Xəstənin yaşına və fərdi xüsusiyyətlərinə uyğun olaraq müalicə sxeminin hazırlanması;
  • Əgər ehtiyac varsa əməliyyatın təyin olunması;
  • Dərman vasitələrinin və/və ya prosedurların təyin edilməsi.

Zəruri keyfiyyətləri:

  • Psixoloji həssaslıq; 
  • Məsuliyyət; səbir;
  • Ünsiyyət; sadiqlik; 
  • Konsentrasiya; 
  • Səliqəlik; 
  • Əzmkarlıq.

Androloq olmaq üçün tələblər:

  • 6 il ümumi tibb təhsilin alınması;
  • 5 il rezidentura təhsilin alınması;
  • Bəzi klinikalarda 2-3 il iş təcrübəsi tələb olunur.

Qrup: IV

Təhsil istiqamətləri:

Tibb

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

1. Azərbaycan Tibb Universiteti

2. Naxçıvan Dövlət Universiteti

3. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı