Aktyor

Aktyor

Aktyor – müxtəlif obrazları təcəssüm etdirən, filmlərdə, reklam çarxlarında, videokliplərdə teatrda və sirkdə müxtəlif rolları ifa edən şəxsdir. Bu peşə bir obrazdan digərinə keçid etmək və tamaşaçıya təsir etməyi bacarmaq – onda hiss və emosiyalar oyatmaq, onu düşünməyə sövq etmək sənətinə əsaslanır.

Funksiyalar:

  • Personajın xarakterini təhlil etmək və öyrənmək;
  • Obraza girmək;
  • Transformasiya və improvizasiya etmək;
  • Rolunun mətnini yadda saxlamaq;
  • Məşqlərdə fəal iştirak etmək;
  • Zəruri hallarda tanınmış şəxsiyyətlərin həyat hekayələri, tərcümeyi-halı ilə tanışlıq;
  • Kamera qarşısında və səhnədə çox sayda insan qarşısında çıxış etmək.

Zəruri keyfiyyətlər:

  • Bir obrazdan digərinə keçid etmək bacarığı;
  • Janr-rol xüsusiyyətlərini bilmək;
  • Şifahi təsvir əsasında bir obrazı yaratmaq bacarığı;
  • Səhnədə, kamera qarşısında, tamaşaçıların önündə çıxış etmək bacarığı;
  • Musiqi və xoreoqrafik bacarıqlar;
  • Qüsursuz nitq və artikulyasiya;
  • Ədəbi qabiliyyət;
  • Təxəyyül və yaradıcılıq qabiliyyəti;
  • Yaradıcılıq, harmoniya hissi, ritm hissi, inkişaf etmiş estetik və bədii zövq;
  • Səhnə cazibəsinə sahib olmaq (emosional ifadəlilik, səhnədə tərəfdaşlarla təbii şəkildə ünsiyyət qurma bacarığı, tamaşaçıları cəlb etmə bacarığı).

Aktyor olmaq üçün tələblər:

Sözügedən istiqamət üzrə təhsilin olması;

Müvafiq kurslarda iştirak etmək; 

Lazımi zərüri keyfiyyətləri inkişaf etdirmək. 

Qrup: V

Təhsil istiqamətləri:

Aktyor sənəti

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

1. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

2. Naxçıvan Dövlət Universiteti